...

Bakının mərkəzi prospektlərindən birinin bağlanması planı hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2012 13:15 (UTC +04:00)
Bakının mərkəzi prospektlərindən biri olan Neftçilər prospektinin bağlanması planının hazırlanması yaxın müddətdə başa çatacaq.
Bakının mərkəzi prospektlərindən birinin bağlanması planı hazırlanır

Azərbaycan, Bakı, 28 fevral /Trend müxbir E. İsmayılov/

Bakının mərkəzi prospektlərindən biri olan Neftçilər prospektinin bağlanması planının hazırlanması yaxın müddətdə başa çatacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Nəqliyyat Nazirliyinin "Azəryolservis" SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Prospektin müvəqqəti bağlanması asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar nəzərdə tutulub.

Mürsəliyevin sözlərinə görə, planın hazırlanması prospektin bağlanması variantlarının seçiminin çətinliyi səbəbindən yubanır.

Neftçilər prospekti Bakının mərkəzindəki ən işlək yollardan biridir.

Xəbər lenti

Xəbər lenti