...

Azərbaycanda bütün yolların yenidən qurulmasına 45 milyard dollar lazımdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2012 13:08 (UTC +04:00)
Azərbaycanda bütün avtomobil yollarının yenidən qurulmasına 30-35 milyard manat tələb olunur.
Azərbaycanda bütün yolların yenidən qurulmasına 45 milyard dollar lazımdır

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycanda bütün avtomobil yollarının yenidən qurulmasına 30-35 milyard manat tələb olunur. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə "Azəryolservis" ASC-nin rəhbəri Cavid Qurbanov bildirib.

"Azərbaycanda avtomobil yollarının uzunluğu təqribən 20 min kilometrdir. Onların lazımi səviyyəyə gətirilməsi üçün 30-35 milyard manat tələb olunur", - Qurbanov deyib.

Onun sözlərinə görə, bu işlər 15 il müddətinə tamamlana bilər.

"Azərbaycan yeni yolların salınması və köhnələrinin yenidən qurulması ilə bağlı intensiv işlər aparır. Təkcə son beş il ərzində Azərbaycanda uzunluğu 1500 kilometr olan birinci dərəcəli yollar çəkilib ki, bu da yaxşı göstəricidir", - Qurbanov qeyd edib.

Xəbər lenti

Xəbər lenti