...

2012-ci ildə Azərbaycanda ipoteka kreditləşməsinə təqribən 50 milyon dollar vəsait ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2012 13:58 (UTC +04:00)
Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2012-ci ilin yanvar-iyul aylarında 39,27 milyon manat və ya 49,99 milyon dollardan çox kredit verilib.
2012-ci ildə Azərbaycanda ipoteka kreditləşməsinə təqribən 50 milyon dollar vəsait ayrılıb

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir İ.Xəlilova/

Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2012-ci ilin yanvar-iyul aylarında 39,27 milyon manat və ya 49,99 milyon dollardan çox kredit verilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı AİF-in saytında dərc edilən statistik hesabatda deyilir. İyun ayı ilə müqayisədə iyulda verilən ipoteka kreditlərinin həcmi 13 faiz artıb.

AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2012-ci ilin avqustunadək - 384,73 milyon manatdan çox ipoteka krediti ayrılıb.

2012-ci ilin yanvar-iyul ayları ərzində bankların əvvəllər ayırdığı kreditlərin təkrar maliyyələşməsinin ümumi həcmi 56,78 milyon manat təşkil edib.

Bu ilin yeddi ayı ərzində AİF 23 milyon manat həcmində istiqrazlar yerləşdirib.

Xəbər lenti

Xəbər lenti