...

Azərbaycanda sovet dövründən qalan əmanətlərin birdəfəlik qaytarılması sadələşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2012 12:16 (UTC +04:00)
Oktyabrın 1-dən Bakıda keçmiş SSRİ Əmanət Bankının Azərbaycan şöbəsinin Azərbaycanın işğal olunmuş ərazilərində və Naxçıvan Muxtar Respublikasında yerləşən filiallarında əmanətlərə malik olan şəxslərə birdəfəlik fərdi ödənişlərin verilməsi məntəqəsi fəaliyyətə başlayıb.
Azərbaycanda sovet dövründən qalan əmanətlərin birdəfəlik qaytarılması sadələşdirilib

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir A.Axundov/

Oktyabrın 1-dən Bakıda keçmiş SSRİ Əmanət Bankının Azərbaycan şöbəsinin Azərbaycanın işğal olunmuş ərazilərində və Naxçıvan Muxtar Respublikasında yerləşən filiallarında əmanətlərə malik olan şəxslərə birdəfəlik fərdi ödənişlərin verilməsi məntəqəsi fəaliyyətə başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə "KapitalBank"ın İdarə Heyəti sədrinin müavini Araz Əliyev bildirib.

"Kapital Bank" keçmiş Azərbaycan SSR Əmanət Bankının hüquqi varisidir.

"Ödənişlər prosesinin sadələşdirilməsi üçün bu ayın əvvəlindən Bakıda Xaqani küçəsi, 51 ünvanında 144 saylı məntəqə işə başlayıb. Oraya Azərbaycanın işğal olunmuş ərazilərindən və Naxçıvan Muxtar Respublikasından olan əmanətçilər müraciət edə bilərlər", - Əliyev deyib.

Onun sözlərinə görə, ödəniş mərkəzi bundan başqa, 1990-91-ci illərdə öz hesablarını bankın bir filialından digərinə köçürmüş və 1992-ci il yanvarın biri üzrə əmanətləri AzSSR Əmanət Bankının heç bir filialında qeydiyyata alınmayan şəxslərin problemlərinin həlli ilə məşğul olur.

"Hazırda biz arxivlərdəki sənədləri öyrənirik və gələcəkdə bu şəxslərə ödənişlərin həyata keçirilməsi mümkündür", - Əliyev deyib.

Onun sözlərinə görə, birdəfəlik fərdi ödənişlərin verilməsi prosesinin gedişi normal qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti