Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir A.Axundov/
Azərbaycan Nazirlər Kabineti "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin nəzdində təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin yaradılması haqqında qərar qəbul edib.
Trend Nazirlər Kabinetinin rəsmi saytına istinadən məlumat verir ki, qərar ASC tərəfindən Azərbaycan üzrə aparılan tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarətin təmin edilməsi, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılmış vəsaitin idarə edilməsinin səmərəliliyinin artırılması, habelə tikinti prosesində ortaya çıxan məsələlərin operativ həll edilməsi məqsədilə qəbul edilib.
Bu qərar imzalandığı gündən (8 oktyabr) qüvvəyə minir.