...

USAID Azərbaycanda çirkli pulların yuyulması ilə mübarizə metodları haqqında maarifləndirməni genişləndirməyi təklif edir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2012 13:34 (UTC +04:00)
Bank sistemi yaxşı inkişaf edən ölkələr, o cümlədən Azərbaycan çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi (PY/TMM) ilə mübarizə məsələlərinə böyük diqqət ayırmalıdırlar.
USAID Azərbaycanda çirkli pulların yuyulması ilə mübarizə metodları haqqında maarifləndirməni genişləndirməyi təklif edir (FOTO)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir A. Axundov/

Bank sistemi yaxşı inkişaf edən ölkələr, o cümlədən Azərbaycan çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi (PY/TMM) ilə mübarizə məsələlərinə böyük diqqət ayırmalıdırlar. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyasının direktoru Maykl Qrin deyib.

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) və USAID-in Azərbaycandakı missiyası yanında Maliyyə Monitorinqi Xidmətinin hazırladığı yeni elektron təhsil sisteminin təqdimatı keçirilib.

"Azərbaycanda güclü bank sistemi var və biz AMB-nin fəaliyyətini yüksək qiymətləndiririk. Stabil və güclü maliyyə sisteminin yaradılmasına baxmayaraq, Azərbaycan maarifləndirmə barədə düşünməlidir, çünki bank və maliyyə sietminin səmərəliliyindən asılı olmayaraq cinayətlkarlar öz pullarını leqallaşdırmağa çalışacaqlar", - Qrin qeyd edib.

Onun sözlərinə görə, proqram əsasən bank sektorunun nümayəndələri üçün nəzərdə tutulub, lakin ondan digər istifadəçilər də yararlana bilərlər.

"Ümumilikdə PY/TMM sahəsində ölkə qanunverciliyi yaxşı vəziyyətdədir. Maliyyə monitorinqi orqanı 2009-cu ildən işləyir və Azərbaycanın beynəlxalq ekspertlərin yardımı ilə belə səmərəli qanunvericilik bazasını yarada bilməsi uğurdur. Hesab edirəm ki, ümumilikdə ölkə qanunvericiliyi yaxşı səviyyədədir, lakin həmişə onun təkmilləşdirilməsinə ehtiyac var", - Qrin bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti