...

Azərbaycanda "halal" standartları üzrə texniki komitə yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2012 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir H.Vəliyev/

Milli "halal" standartlarının hazırlanması üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında texniki komitə yaradılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, ölkdə "halal" standartlarının olmasına baxmayaraq, istehsal edilən məhsullar həmin standartlara tam cavab vermir.

Həsənov deyib ki, bununla əlaqədar mövcüd məsələnin tənzimlənməsi məqsədilə yeni texniki komitənin formalaşdırılması tələb olunur.

Həmçinin, yaxın həftələrdə məktəbəqədər və ümumtəhsil müəssisələri üçün qida məhsulları üzrə standartların qəbul edilməsi gözlənilir.

Mövcud standartların hazırlanması üzərində iş Səhiyyə və Təhsil nazirlikləri ilə birgə aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti