Bu həftə Azərbaycan Metanol Şirkətinin (AzMeCo) dəvəti ilə Böyük Britaniyanın dünya miqyaslı ERM (Environmental Resources Management) - Təbii Sərvətlərin İdarə Olunması üzrə aparıcı ekologiya şirkətinin nümayəndələri Azərbaycana səfər etmişlər.
Qonaqlar səfər zamanı Qaradağda yerləşən AzMeCo şirkətinə məxsus metanol zavodunu ziyarət etmiş və paytaxtda keçirilən "Xəzər Ətraf Mühit üçün Texnologiyalar" 3-cü Beynəlxalq Ətraf Mühit Sərgisində iştirak edən şirkətin stendində olmuşlar. Sərgi zamanı ERM şirkətinin ətraf mühit məsələləri üzrə texniki direktorları cənab Qlen Petit və cənab Douq Anderson yerli televiziya kanallarına müsahibə verərək metanol iqtisadiyyatı və metanol zavodunun ekoloji cəhətdən əlverişli tərəfləri haqda danışmışlar. Qonaqlar Azərbaycanda ilk və yeganə olan AzMeCo metanol layihəsinin yüksək templə inkişaf edən Azərbaycanın iqtisadiyyatına mühüm töhfə verəcəyini qeyd etmişlər.
Daha sonra ERM şirkətinin nümayəndələrinin iştirakı ilə Azərbaycan Neft Kimya Prosesləri İnstitutunda yerli alimlər, ziyayılar və əlaqədar dövlət qurumlarının nümayəndələri ilə maraqlı görüş keçirilmışdır. Görüş zamanı qonaqlar metanol istehsalı və ətraf mühitin mühafizəsi məsələlərində təqdimatla çıxış edərək tədbir iştirakçılarının suallarına cavab vermişlər.
Böyük Britaniyanın ERM (Environmental Resources Management) Təbii Sərvətlərin İdarə Olunması şirkəti ətraf mühitin mühafizəsi, sağlamlıq, təhlükəsizlik, risk, sosial məsələlər üzrə məsləhət xidmətlərini və təbii sərvətlərin səmərəli istifadəsi ilə bağlı xidmətlər göstərən dünya müqyaslı aparıcı təşkilatdır. Təşkilat dünyanın 39 ölkə və regionunda 4 700 nəfərdən artıq işçinin çalışdığı 140 ofisə malikdir. Son beş il ərzində ERM şirkəti "Global Fortune 500" siyahısına daxil olan ən iri şirkətlərin 50 faizindən çoxu ilə əməkdaşlıq edib və müasir dövrdə dünyanın qarşısında getdikcə daha da kəskin surətdə duran təbii sərvətlərin səmərəli istifadəsi və dayanıqlı inkişaf məsələlərinin başa düşülməsində və idarə olunmasında onlara yardım etmişdir.
AzMeCo 2007-ci ildə Azərbaycanda təsisçi və operator kimi neft-kimya layihələrinə investisiya qoymaq məqsədilə təsis edilmişdir. Şirkət Azərbaycanda iri layihələrin hazırlanması, həyata keçirilməsi və maliyyələşdirilməsi sahəsində tam olaraq özəlləşdirilmişdir. AZMECO Xəzər hövzəsində beynəlxalq hidrokarbon investisiyalar portfelinə əlavə olaraq, Azərbaycanda baş investisiya planını - Qaradağ Metanol Zavodunun tikinti planını hazırlamışdır. Hazırda şirkətin Qaradağ rayonu ərazisində yerləşən Metanol zavodunun tikinti işləri başa çatmışdır və sazlama işləri həyata keçirilir. Zavodun məhsul istehsalına başlaması 2013-cü ilin əvvəlinə planlaşdırılır.