...

Gobustone blokları - Azərbaycan tikinti bazarında 1 il

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2012 11:51 (UTC +04:00)

26 dekabr AAC şirkəti öz korporativ müştəriləri və dilerlə ilə birgə gobustone tikinti bloklarının istehsalına başlamasının bir ilini qeyd etdi.

"Biz həmişə müştərilərimizin maraq və imkanlarını nəzərə alır, onları lazımi informasiya ilə təmin etmək üçün çalışırıq. Müştərilərin inamı satış üçün mühüm amil olduğu üçün bu, bizim üçün də prioritet məsələdir. Məhz buna görə də, bu günü biz öz müştərilərimiz və partnyorlarımız ilə bir yerdə qeyd etdik", - deyə AAC şirkətinin baş direktoru Teymur Abdurəhimov bildirdi.

26 dekabr 2011 - ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "AAC" şirkətinin "Müasir tikinti materialları zavodu"nun açılışı oldu. Almaniyanın "Wehrhahn" firmasının avadanlıqları ilə istehsal olunan gobustone məsaməli beton blokları digər hörgü materiallarından yüngüllüyü, zəlzələyə davamlığı, uzunömürlülüyü, yüksək istilik və səs izolyasiyası, ekoloji cəhətdən təmizliyi, həmçinin adi əl və ya elektrik alətlərindən istifadə edilən zaman çox asanlıqla emal olunması ilə fərqlənir və tikinti prosesini əhəmiyyətli dərəcədə tezləşdirir.
Hazırda məsaməli betondan hündür və aşağı mərtəbəli binaların, şəxsi evlərin inşa olunmasında, xarici və daxili divarların hörülməsində, arakəsmələrin, örtüklərin və hətta pilləkanların tikilməsində istifadə olunur.

"Baxmayaraqki, Müasir tikinti materialları zavodunda istehsal prosesi 2011 - ci ildə başlayıb, gobustone tikinti blokları artıq inşaatçılar arasında böyük maraq doğurub. Artıq bir neçə böyük tikinti şirkətləri məhsulumuzun keyfiyyəti və etibarlılığını yüksək qiymətləndiriblər və öz layihələrində istifadə edirlər",- deyə T. Abdurəhimov bildirib.

Xatırladaq ki, gobustone məsaməli beton bloklarından Port Baku Residence və Tower, 28 Mall ticarət mərkəzi, Azərbaycan Diplomatiya Akademiyası, Milli Gimnastika Arenası, Trump Tower, Azərbaycan Dövlət Neft Fondunun inzibati binası, Qusarda Şahdağ yay - qış turizm mərkəzi, Qubada Rixos oteli və Şabranda Qalaltı istirahət mərkəzi kimi obyektlərin inşasında istifadə olunmuşdur.

"Biz ümid edirik ki, bu bizim uğurlarımızın başlanğıcıdır. Cünki, dünya praktikası göstərir ki, bütün iqlim şəraitinə uyğun olan gobsutone blokları divar tikinti materialları sahəsində əhəmiyyətli nailiyyətdir",- deyə T. Abdurəhimov bildirib.

Onun sözlərinə görə, ölkənin iqtisadi stabilliyini nəzərə alaraq, "biz məhsulun çeşidlərinin artırmağa ümid edirik. Bundan əlavə, biz istehsal həcmini artırmaq və xarici bazara çıxmağı planlaşdırırıq. Biz potensial müştərilərə yüksək keyfiyyətli və eyni zamanda dünya bazarında tanınan məhsul təklif edirik", - baş direktor bildirdi.

AAC müasir tikinti materialları zavodu Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşir. Zavodun illik istehsal gücü 180 min kubmetr məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir. "AAC" müasir tikinti materialları zavodu "SYNERGY GROUP"- a daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti