...

Yarmarkalarda qiymətlər bazarlarla müqayisədə 15-30 faiz aşağı olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Yanvar 2013 16:48 (UTC +04:00)
Məlum olduğu kimi, Yeni il ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə 28-31 dekabr 2012-ci il tarixlərində Bakı şəhərinin 9 yerində ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilmişdi.
Yarmarkalarda qiymətlər bazarlarla müqayisədə 15-30 faiz aşağı olub

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

Məlum olduğu kimi, Yeni il ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə 28-31 dekabr 2012-ci il tarixlərində Bakı şəhərinin 9 yerində ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilmişdi.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yarmarkalarda satışa müxtəlif çeşidli ərzaq və kənd təsərrüfatı məhsulları çıxarılıb, qiymətləri bazarlarla müqayisədə 15-30% ucuz olmaqla istehlakçılara təklif edilib.

Yarmarkalarda qiymətlərin aşağı olması digər satış məntəqələrində də qiymətlərə təsir edib, satış məntəqələrində süni qiymət artımı qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti