...

IV Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2013 20:24 (UTC +04:00)
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı və Maliyyə Nazirliyinin dəstəyi ilə 20-21 iyun tarixlərində Bakıda IV Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək.
IV Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı və Maliyyə Nazirliyinin dəstəyi ilə 20-21 iyun tarixlərində Bakıda IV Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək.

ASA-dan Trend-ə verilən məlumata görə, iki gün davam edəcək forumda "Qafqaz regionunun sığorta bazarının perspektivləri və yeni biznes istiqamətləri", "Qafqaz ölkələrinin sığorta bazarı üçün təkrar sığorta həlləri", "Kənd təsərrüfatı sığortası - dövlət tənzimləmələri və bazar reallıqları", "Tibbi sığorta - köhnə problemlərin yeni həlləri" və "Avtomobil sığortası" panelləri üzrə müxtəlif mövzularda müzakirələr aparılacaq.

Panellər həm yerli, həm də xarici ekspertlər tərəfindən idarə olunacaq.

Tədbirdə Qafqaz regionunun, həmçinin Türkiyə, Mərkəzi və Cənubi Asiya, Avropa, Rusiya və MDB-nin sığorta, təkrar sığorta və broker şirkətlərinin 250-dən çox yüksək struktur nümayəndələrinin iştirakı gözlənilir.

Qeyd edək ki, bu, Azərbaycan Sığortaçılar Assosiasiyasının Maliyyə Nazirliyinin dəstəyi ilə təşkil edəcəyi sayca dördüncü forumdur. 2008, 2011 və 2012-ci illərdə keçirilmiş forumlarda 20-dən artıq ölkədən ümumilikdə 500-dən çox nümayəndə iştirak edib. Forum iştirakçılar arasında interaktiv ünsiyyətə yönəlmiş platforma olaraq, ölkələr arasında sığorta sahəsindəki əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti