...

"British Airways" yayı əla təkliflərlə qarşılayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2013 15:48 (UTC +04:00)
Yay tətili mövsümü ərəfəsində "British Airways" aviaşirkəti Azərbaycan turistləri üçün xüsusi yay tarifləri təklif edir. Yeni, endirimli qiymətlər təqdim edən "British Airways" öz müştərilərinə qabaqcadan məzuniyyətlərini planlaşdırmağa imkan yaradır.
"British Airways" yayı əla təkliflərlə qarşılayır

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Yay tətili mövsümü ərəfəsində "British Airways" aviaşirkəti Azərbaycan turistləri üçün xüsusi yay tarifləri təklif edir. Yeni, endirimli qiymətlər təqdim edən "British Airways" öz müştərilərinə qabaqcadan məzuniyyətlərini planlaşdırmağa imkan yaradır.

"Azərbaycan bazarında xüsusi tariflərimizi, maraqın mövcud olmasını təxmin edərək, öncədən, insanlar tətillərini planlaşdırdığı dövrdə təklif edirik, - "British Airways" aviaşirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə kommersiya direktoru Paolo De Renzis bildirib. - Qayıdışımızdan sonra, qısa müddət ərzində mühüm artım əldə etmişik. Hazırda sərnişinlərimizin tələbatlarını nəzərə alaraq, yüksəlişi davam etdirmək niyyətindəyik. Buna görə də insanların yay istirahətinin daha rahat keçməsi üçün əlverişli qiymətlər və fürsətli uçuş imkanları təqdim edirik".

"British Airways" şirkətinin münasib qiymətləri sayəsində turistlər Böyük Britaniya, ABŞ və Kanada istiqamətləri üzrə səfər edə bilərlər. Turizm həvəskarları üçün London, Paris, Nyu-York, Çikaqo, Los-Anceles, Toronto və Vankuver kimi şəhərlərə yol açılır. Xüsusi qiymətlərdən faydalanmaq üçün biletləri aprelin 9-dan 30-dək bronlaşdırmaq lazımdır. Tariflər müddəti aprelin 9-dan oktyabrın 31-dək olan səfərlərə şamil edilir.

Bakıdan Böyük Britaniya və Avropaya World Traveller sinifli aviabiletlərin qiyməti 465, Club World sinifli aviabiletlərin qiyməti isə 1,652 avrodan başlayır. Şimali Amerika istiqamətində World Traveller sinifli aviabiletlərin qiyməti 775, Club World sinifli aviabiletlərin qiyməti 3,215, First sinifli aviabiletlərin qiyməti isə 8,685 avrodan başlayır.

"British Airways" aviaşirkətinin Londona və digər şəhərlərə uçuş reyslərinin tam cədvəli ilə www.ba.com saytında tanış olmaq mümkündür. Sayt vasitəsilə müştərilər əlverişli tariflərlə bilet əldə edə, aviareyslərə qeydiyyatdan keçə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti