...

İqtisadi inkişaf naziri Şirvanda vətəndaşları qəbul edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2013 15:51 (UTC +04:00)
İqtisadi inkişaf naziri Şahin Mustafayevin regionlarda növbəti qəbulu aprelin 20-də Şirvan şəhərində keçiriləcək.
İqtisadi inkişaf naziri Şirvanda vətəndaşları
qəbul edəcək

Azərbaycan, Bakı, 16 aprel /Trend/

İqtisadi inkişaf naziri Şahin Mustafayevin regionlarda növbəti qəbulu aprelin 20-də Şirvan şəhərində keçiriləcək.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, saat 10:00-dan etibarən Şirvan Şəhər Mərkəzi Mədəniyyət Evində (Gülbala Şıxbalaoğlu küçəsi, 14) təşkil olunacaq qəbulda iqtisadi inkişaf naziri Şahin Mustafayev Biləsuvar, Neftçala, Saatlı, Sabirabad, Salyan, Kürdəmir, İmişli, Hacıqabul, Cəbrayıl rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan İqtisadi İnkişaf Nazirliyinin "[email protected]" elektron poçt ünvanı, 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), həmçinin nazirliyin Aran regional bölməsi (Elbrus Hüseynov, əlaqə telefonu: (02233) 6-73-10, (055) 206-88-52, Yevlax şəhəri, Heydər Əliyev prospekti, 34) vasitəsilə qəbula yazılmaları xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti