...

Azərbaycanın qiymətli kağızlar bazarında 60 SC-nin fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2013 18:38 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) I rübdə 60 səhmdar cəmiyyətinin (SC) fəaliyyətində ciddi qanun pozuntuları aşkarlayıb və onlara qarşı ümumilikdə 2050 manat həcmində inzibati cərimə tətbiq edib.
Azərbaycanın qiymətli kağızlar bazarında 60 SC-nin fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir A.Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) I rübdə 60 səhmdar cəmiyyətinin (SC) fəaliyyətində ciddi qanun pozuntuları aşkarlayıb və onlara qarşı ümumilikdə 2050 manat həcmində inzibati cərimə tətbiq edib. Trend-in məlumatına görə, bu barədə QKDK-nın ilin I rübündə fəaliyyətinin yekunları üzrə hesabatda deyilir.

Hesabat dövründə aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün Komitə məcburi icraat məqsədilə 12 SC-yə göstəriş təqdim edib.

I rübdə QKDK-ya 333 SC ilə bağlı 94 şikayət və 9 müraciət daxil olub.

QKDK hesabat dövründə fəaliyyətin 4 növü üzrə ixtisas şəhadətnaməsi verib, həmçinin fəaliyyət müddətinin başa çatması ilə əlaqədar broker fəaliyyəti üzrə 3 lisenziya, diler fəaliyyəti üzrə isə 2 lisenziyasını yeniləyib.

I rübdə qiymətli kağızlar bazarında peşəkar fəaliyyət üzrə 34 lisenziya qüvvədə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti