...

Azərbaycanın Dövlət Neft Fondu Asiyada daşınmaz əmlak almaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2013 10:46 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) qısamüddətli planlarında Asiyada kommersiya daşınmaz əmlakının əldə edilməsi daxildir.
Azərbaycanın Dövlət Neft Fondu Asiyada daşınmaz əmlak almaq niyyətindədir

Azərbaycan, Bakı, 18 may/Trend, müxbir E. İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) qısamüddətli planlarında Asiyada kommersiya daşınmaz əmlakının əldə edilməsi daxildir. Bu barədə Trend-ə ARDNF-dən bildiriblər.

"Neft Fondunun daşınmaz əmlakın alınmasına dair strategiyası və müvafiq tələbləri var. Əgər kommersiya daşınmaz əmlakı strategiyaya və Fondun bütün tələblərinə cavab verirsə, ARDNF onun əldə edilməsinə hazırdır" , - Fonddan qeyd ediblər.

Avropada, xüsusilə Avstriyada daşınmaz əmlakın əldə edilməsi məsələsinə gəlincə, ARDNF-dən qeyd ediblər ki, hazırda bu ölkədə daşınmaz əmlakın əldə edilməsinə dair konkret planlar yoxdur. Variantlar yaranacağı halda, ARDNF-nin müvafiq strategiyasına əsasən, onlar nəzərdən keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti