...

AMB bankları saxta əsginazlarla bağlı riskləri minimuma endirməyə çağırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2013 15:24 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) mütəxəssisləri tərəfindən kommersiya bankları üçün nəzərdə tutulmuş silsilə tədbirlər çərçivəsində "Bank of Baku" ASC-nin tədris mərkəzində bankın nağd pul sahəsində çalışan və təcrübə keçən əməkdaşları üçün pul nişanlarının ekspertizanın təşkili mövzusunda nəzəri-praktiki seminar keçirilib.
AMB bankları saxta əsginazlarla bağlı riskləri minimuma endirməyə çağırıb

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir E.Əliyev/

Azərbaycan Mərkəzi Bankının (AMB) mütəxəssisləri tərəfindən kommersiya bankları üçün nəzərdə tutulmuş silsilə tədbirlər çərçivəsində "Bank of Baku" ASC-nin tədris mərkəzində bankın nağd pul sahəsində çalışan və təcrübə keçən əməkdaşları üçün pul nişanlarının ekspertizanın təşkili mövzusunda nəzəri-praktiki seminar keçirilib.

AMB-dən Trend-ə verilən məlumata görə, seminar iştirakçılarına pul nişanlarının mühafizə fəlsəfəsi, bank sistemində pul nişanlarının ekspertizasının təşkili və aparılması mövzusunda təqdimat nümayiş etdirilib, saxta pul çapına qarşı mübarizədə Mərkəzi Bankın rolu, həyata keçirdiyi siyasət və s. barədə məlumat verilib.

Qeyd olunub ki, bank xidmətlərinin avtomatlaşdırılması, nağdsız ödənişlərin intensivləşdirilməsi və stimullaşdırılması, əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə bir çox banklar tərəfindən ödəniş terminalları və "Cash-in" funksiyalı ATM-lər quraşdırılıb.

Lakin müəyyən hallarda qeyd olunan texnoloji sistemlərin tətbiqi zamanı saxta əsginazların müəyyən olunması risklərini minimallaşdırmaq məqsədilə Mərkəzi Bankın müvafiq qurumları ilə lazımi müzakirələrin aparılmasının zəruriliyi qeyd olunub.

Qeyd edək ki, kommersiya banklarında əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, milli valyutanın saxtalaşdırılması risklərinin minimallaşdırılması və əməkdaşların bu sahədə maarifləndirilməsi üçün Mərkəzi Bank tərəfindən davamlı tədbirlər həyata keçirilir, həmçinin bu sahədə banklara müvafiq texniki yardımlar göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti