...

Ötən ay Azərbaycanda xarici valyutalar üzrə elektron ticarətin həcmi 1,6 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2013 20:16 (UTC +04:00)
2013-ci il may аyının yеkunlаrınа görə, Bаkı Bаnklаrаrаsı Vаlyutа Birjаsının (BBVB) vаlyutа bölməsində USD/AZN_TOD aləti üzrə kеçirilən hərrаclаrda 10 bаnk iştirаk еdib.
Ötən ay Azərbaycanda xarici valyutalar üzrə elektron ticarətin həcmi 1,6 dəfə artıb

Azərbaycan, Bakı, 11 iyun /Trend/

2013-ci il may аyının yеkunlаrınа görə, Bаkı Bаnklаrаrаsı Vаlyutа Birjаsının (BBVB) vаlyutа bölməsində USD/AZN_TOD aləti üzrə kеçirilən hərrаclаrda 10 bаnk iştirаk еdib.

BBVB-dən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Birja Elektron Ticarət Sistemində (BEST) hesabat ayında 42 ticarət sessiyası keçirilib və 26 əqd qeydə alınıb. Hərracların həcmi 40,516 milyon manat və yaxud dollar ekvivalentində 51,652 milyon təşkil edib.

Hesabat ayında valyuta seksiyasında USD/AZN üzrə hərracların ümumi həcmi 46,801 milyon manat və yaxud dollar ekvivalentində 59,652 milyon təşkil edib. Həmçinin, Swap_USD/AZN_TOD_2Week aləti üzrə dövriyyə 6,285 milyon manat və ya dollar ekvivalentində 8 milyon təşkil edib. Qeyd edək ki, bu alət üzrə dolların manata görə orta ölçülmüş məzənnəsi 0,7856 manat təşkil edib.

Cari ilin aprel ayı ilə müqayisədə valyuta bölməsinin həcm göstəriciləri hesabat dövründə 17,310 milyon manat və yaxud 1.6 dəfə artıb. BEST-də USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 2,841 milyon dollara çatıb, halbuki hər əqdin orta həcmi 2,294 milyon dollar təşkil edib.

Qеyd еdək ki, hеsаbаt аyındа birjаdа Аzərbаycаn mаnаtının USD/AZN_TOD aləti üzrə АBŞ dоllаrınа qаrşı məzənnəsi 0,03%-ə düşüb - hər USD-ə görə 0,7834-dən 0,7836 AZN-ə qədər. Milli vаlyutаnın АBŞ dоllаrınа nisbi оrtаölçülü birjа məzənnəsi may аyındа 0,7844 АZN-ə bərаbər оlub.

2013-cü ilin may ayının nəticələrinə əsasən, BEST sistemi çərçivəsində fəaliyyət göstərən Mütəşəkkil Banklararası Kredit Bazarında (MBKB) hərracların ümumi həcmi manat ekvivalentində 5 milyon təşkil edib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən cari ilin may ayında 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 11,08%, ABŞ dolları üzrə isə 11,04% təşkil edib. BakİBİD tarifi 90 gün müddətində manatla illik 5,23% və ABŞ dolları ilə 5,03% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti