...

"NBCBank" səhmlərin nominal dəyərini artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyun 2013 14:05 (UTC +04:00)
"NBCBank" ASC öz səhmlərinin nominal dəyərini 17,75 faiz artırır.
"NBCBank" səhmlərin nominal dəyərini artırır

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir A. Axundov/

"NBCBank" ASC öz səhmlərinin nominal dəyərini 17,75 faiz artırır. Bu barədə Trend çərşənbə günü Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) rəsmi saytına istinadən məlumat verir.

Bank ümumi dəyəri 26,54 milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyatdan keçirib.

Emissiyanın yerləşdirilməsi 176,92 manat nominalında 149 984 milyon səhmin 150,25 manat nominallı eyni həcmdə səhmə konvertasiya yolu ilə həyata keçiriləcək.

Bununla da bankın nizamnamə kapitalı 22,54 milyon manatdan 26,54 milyon manatadək artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti