...

Mərkəzi Bank banklarda risklərin idarə edilməsinə qarşı tələbləri sərtləşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2013 15:40 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) strateji hədəflərinə uyğun olaraq bank nəzarətinin requlyativ çərçivəsinin təkmilləşdirilməsi və hər bir əsas risk növünün prudensial tələblərlə əhatə olunması prosesini davam etdirir.
Mərkəzi Bank banklarda risklərin idarə edilməsinə qarşı tələbləri sərtləşdirir

Azərbaycan, Bakı, 27 iyun/Trend, müxbir E. Əliyev/

Azərbaycan Mərkəzi Bankı (AMB) strateji hədəflərinə uyğun olaraq bank nəzarətinin requlyativ çərçivəsinin təkmilləşdirilməsi və hər bir əsas risk növünün prudensial tələblərlə əhatə olunması prosesini davam etdirir. AMB-dən cümə axşamı Trend-ə verilən məlumata görə, bu istiqamətdə Mərkəzi Bank tərəfindən "Banklarda risklərin idarə edilməsi" Qaydaları yenidən işlənmiş və bank ictimaiyyəti ilə müzakirəsinə başlanılıb.

Qaydaların yeni variantında əsas dəyişikliklər banklarda risklərin idarə edilməsi sisteminin daha effektiv təşkilinə, o cümlədən təfsilatlı risk strategiyasının müəyyən edilməsinə, risk menecmenti funksiyasının qərar qəbuletmə proseslərində səmərəli iştirakının təmin edilməsinə, "Baş Risk İnzibatçısı" vəzifəsinin müəyyən olunması və onun vəzifə və səlahiyyətlərinin təsbit edilməsinə, habelə risk menecmentinin alətlər arsenalının genişləndirilməsi və yeni hesabatlıq rejiminin müəyyən edilməsinə yönəlib.

Qeyd edək ki, son illərdə Mərkəzi Bank tərəfindən həyata keçirilən sistemli tədbirlər nəticəsində banklarda qabaqcıl beynəlxalq praktikaya müvafiq korporativ idarəetmə standartlarının tətbiqinə, risklərin idarə edilməsi təcrübəsinin əhatə dairəsinin genişlənməsinə və risk funksiyasının əhəmiyyətinin yüksəlməsinə nail olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti