...

"AXA Group" sığorta şirkətində iştirak payını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2013 11:52 (UTC +04:00)
Fransanın "AXA Group" şirkəti Azərbaycanın AXA MBASK sığorta şirkətində iştirak payını artırıb.
"AXA Group" sığorta şirkətində iştirak payını artırıb

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir A. Axundov/

Fransanın "AXA Group" şirkəti Azərbaycanın AXA MBASK sığorta şirkətində iştirak payını artırıb. Bu barədə çərşənbə axşamı Trend-ə şirkətdən bildiriblər.

MBASK sığorta şirkəti 2010-cu ilin oktyabrında əsas səhmdarını dəyişib. "AXA Group" özünün törəmə şirkəti olan AXA Sequros Generales, S.A, De Sequros Y Reasequros (İspaniya) vasitəsilə şirkətin səhmlərinin nəzarət paketini (51 faiz) əldə edib. 2010-cu ilin dekabrın 7-də MBASK-ın lisenziyası şirkətin adının dəyişməsilə əlaqədar AXA MBASK ilə yenilənib.

Şirkətdən deyiblər: "Kapitalın strukturu dəyişib və hazırda şirkətin səhmdar kapitalının 84 faizi "AXA Group"a, 16 faizi isə fiziki şəxslərə məxsusdur".

Hazırda AXA MBASK-ın nizamnamə kapitalı 8,73 milyon manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti