...

Azərbaycanda kredit reyestrinə müraciətlərin sayı 2 dəfədən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2013 07:18 (UTC +04:00)
2013-ci ilin iyun ayında Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə 169 120 müraciət daxil olub.
Azərbaycanda kredit reyestrinə müraciətlərin sayı 2 dəfədən çox artıb

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir A.Axundov/

2013-ci ilin iyun ayında Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə 169 120 müraciət daxil olub. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın statistik hesabatında deyilir.

2012-ci ilin müvafiq dövr göstəricisi (78 566 sorğu) ilə müqayisədə Xidmətə müraciətlər 2,15 dəfə artıb.

İyunda banklardan kredit reyestrinə 168 780 sorğu daxil olub, 340 nəfər öz kredit tarixçəsi barədə məlumat almaq məqsədilə müraciət edib.

İyun ayının sonuna olan məlumata görə, kredit reyestrində haqqında məlumat olan borcalanların sayı 1 741 989, kredit məlumatlarının ümumi sayı isə 5 286 016 təşkil edir.

Reyestrdə olan zaminlər haqqında məlumatların sayı 632 252-dir.

Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti