...

“Bank Technique” əmanətçilərə avtomobil qazanmaq şansı verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2013 14:22 (UTC +04:00)
“Bank Technique” ASC əmanətçilərə “Şans” depoziti üzrə avtomobil qazanmaq fürsəti verən “Şans Technique” adlı stimullaşdırıcı lotereyasını davam etdirir.
“Bank Technique” əmanətçilərə avtomobil qazanmaq şansı verir

Azərbaycan, Bakı, 23 avqust /Trend /

"Bank Technique" ASC əmanətçilərə "Şans" depoziti üzrə avtomobil qazanmaq fürsəti verən "Şans Technique" adlı stimullaşdırıcı lotereyasını davam etdirir. Bu barədə bankdan Trend-ə daxil olan məlumatda bildirilir.

Lotereyanın şanslı qalibi "Volkswagen Polo Sedan Highline" markalı avtomobilin sahibi olacaq.

Şərtlərə əsasən, "Şans" depozitinə 8.000 AZN və ya 10.000 USD vəsait yatıran hər bir əmanətçiyə lotereyada iştirak hüququnu verən 1 kupon təqdim olunur.

Lotereya ildə 2 dəfə oynanıldığından, birinci tirajda qalib gəlməyən əmanətçilərin növbəti tirajda da qazanmaq şansları var. İlk tiraj 15 Noyabr 2013-cü il tarixində keçiriləcək.

Vaxt azalır! Siz də pullarınızı "Şans" depozitinə yatırın, həm onları güvənlə artırın, həm də avtomobil qazanın!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti