...

SW TRAVEL və "AZERICARD"la onlayn-ödənişlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2013 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

SW Travel, müasir texnologiyaları tətbiq etməklə bizim müasir həyat tempini nəzərə alaraq, vaxt çatışmazlığı probleminin mükəmməl həllini tapır, və Sizə onlayn rejimdə istənilən turizm xidmətlərini ödəmək imkanı yaradır. Prosessing mərkəzi olan AzeriCard -la əməkdaşlığımız xidmətlərimizi daha da rahat və təhlükəsiz edir.

Bununla, Siz evdən çıxmadan və ya öz iş yerinizdə əyləşərək telefon və ya elektron poçt vasitəsi ilə bizim xidmətlərimizi sifariş edə bilərsiniz ki, bu da Sizin vaxtınızın əhəmiyyətli dərəcədə qənaət edilməsinə təsir edəcəkdir.

Həmçinin, Siz dünyanın istənilən yerində istənilən aviaşirkətin aviabiletlərini sifariş edə biləcəksiniz. Sifarişin tamamlanması barədə Sizə SMS göndərilir və Siz aviabiletin müvəffəqiyyətli sifariş edilməsi haqqında informasiya ilə təmin edilirsiniz. Ödənişin həyata keçirilməsi, www.swtravel.az saytında alınmış informasiyanı yerləşdirməklə və VISA, VISA Electron Maestro və MasterCard elektron bank kartları vasitəsi ilə iki dəqiqə ərzində baş verir.

Bütün ödənişlər AzeriCard prosessinq mərkəzinin qorunmuş səhifəsində həyata keçirilir. Bank kartı ilə onlayn ödənişlər haqqında suallar yarandıqda, əlaqə yaradaraq istənilən vaxt SW Travel call-mərkəzinə müraciyyət edə bilərsiniz: +994 (12) 598-88-80, *8880, və ya e-mail-də: [email protected]. Bizim mütəxəssislərimiz Sizi peşəkar konsultasiya və dəstəyi ilə təmin edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti