...

Sazz İnternet Mobil Bank və ATM vasitəsilə ödəniş sistemini tətbiq etməyə başladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2013 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Azərbaycanın ən böyük simsiz genişzolaqlı İnternet provayderi Sazz 4G AzeriCard prossesinq mərkəzi ilə birgə öz abunəçilərinə Mobil Bank və Beynəlxalq Bankın bankomatları vasitəsilə ödəniş sistemini tətbiq etməyə başlayıb.

Sazz İnternetin mətbuat xidmətinin məlumatına görə, Mobil Bank və bankomat vasitəsilə ödəniş edərkən Sazz abunəçirləri həm aktiv olmayan loginlərini aktivləşdirmək, həm də öz hesablarına əvvəlcədən vəsait yatırmaq imkanına sahib olacaqlar. Bunun üçün

Sazz İnternetin www.sazz.az saytında yerləşdirilmiş şəxsi kabinetlərdə hər abunəçiyə məxsus unikal ödəniş kodları yaradılmışdır. Abunəçilərin ödəmə əməliyyatlarını asanlışdırmaq üçün saytda həmçinin ödəmə qaydaları haqqında ətraflı məlumat yerləşdirilib.

Xatırladaq ki, Sazz Internetin bütün yeni abunəçilərinə 5 gün ərzində 200 meqabaytlıq trafiklə Internet xidmətini yoxlamaq imkanı verilir.

Hazırda Sazz Internet Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Xırdalan şəhərlərində, habelə Abşeron yarımadasının əksər qəsəblərində xidmət göstərir. Bu yaxınlarda Sazz Internetin əhatə dairəsinə daha 11 şəhərin daxil olunması planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti