...

Mərkəzi Bankın valyuta ehtiyatları 13,26 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2013 14:14 (UTC +04:00)
2013-cü il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB)sərəncamında olan valyuta ehtiyatlarının həcmi 13 262,7 milyon dollara çatıb.
Mərkəzi Bankın valyuta ehtiyatları 13,26 milyard dolları ötüb

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir A. Axundov/

2013-cü il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatlarının həcmi 13 262,7 milyon dollara çatıb.

Trend-in məlumatına görə, bu barədə cümə günü AMB-nin yaydığı xəbərdə deyilir.

Məlumata görə, ilin əvvəlindən AMB-nin valyuta ehtiyatları 13,4 faiz və ya 1568 milyon dollar artıb. İlin əvvəlində isə AMB-nin valyuta ehtiyatları 11 694,8 milyon dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti