...

Azərbaycan sahibkarları Özbəkistanda beynəlxalq sərgiyə dəvət olunurlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2013 17:52 (UTC +04:00)
Cari ilin 29 oktyabr - 2 noyabr tarixlərində Özbəkistanın Daşkənd şəhərində 7-ci Beynəlxalq Sənaye Yarmarkası və Kooperasiya Birjası keçiriləcək.
Azərbaycan sahibkarları Özbəkistanda beynəlxalq sərgiyə dəvət olunurlar

Azərbaycan, Bakı, 8 oktyabr/Trend, müxbir E. Əliyev/

Cari ilin 29 oktyabr - 2 noyabr tarixlərində Özbəkistanın Daşkənd şəhərində 7-ci Beynəlxalq Sənaye Yarmarkası və Kooperasiya Birjası keçiriləcək.

Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir ki, Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr beynəlxalq sərgidə iştiraka dəvət olunurlar.

Sərgi "Uzeekspocentr" Milli Sərgi Mərkəzində keçiriləcək. Təbdir barədə ətraflı məlumatı AZPROMO-dan, həmçinin Özbəkistanın Azərbaycandakı səfirliyindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti