Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir E.Əliyev/
Dekabrın 9-dan 10-na kimi Bakıda "Topraq və daşınmaz əmlakın qiymətləndirilməsi məsələləri üzrə təcrübə mübadiləsi" mövzusunda "dəyirmi masa" keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Avropa Xarici Siyasət Fəaliyyəti Xidmətinin (EEAS) məlumatında deyilir.
Məlumatda bildirilir ki, "dəyirmi masa"nın işində MDB və Avropa ölkələrindən topraq və daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində təşkilatların nümayəndələri və ekspertlər iştirak edəcəklər.
Azərbaycan Dövlət Topraq və Xəritəçəkmə Komitəsi yanında Dövlət Kadastrı və Monitorinqi Elmi-İstehsalat Mərkəzi tərəfindən təşkil edilən tədbir Dövlət Komitəsinin dəstəyi ilə Avropa İttifaqının torpağın ticarət qiymətləndirməsinin inkişafı yolu ilə Aİ standartlarına müvafiq dövlət torpaq kadastrı informasiyasının qeydiyyatı sisteminin yaradılması üzrə İttifaqın tvinninq layihəsi çərçivəsində keçiriləcək. Tvinninq layihənin reallaşdırılmasına İsveçin Xəritəçəkmə, kadastr və daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyatı Agentliyi, həmçinin Latviyanın Dövlət Torpaq Xidməti məsuldur. Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.