Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir E.Əliyev/
"Joint Leasing" şirkəti gələn həftə İslam lizinqi üzrə ilk korporativ müqavilə bağlayacaq. Trend-in məlumatına görə, bunu cümə günü "Joint Leasing"in təsisçilərindən olan Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam bankçılığı departamentinin direktoru Bəhnam Qurbanzadə deyib.
"Joint Leasing" şirkətinin baş direktoru Elçin Əhmədov dünən bildirmişdi ki, layihənin dəyəri 4 milyon manat təşkil edir.
Qeyd edək ki, ABB-də Azərbaycanda ilk və yeganə "İslam pəncərəsi" fəaliyyət göstərir. Burada müştərilərə İslam bankçılığı məhsulları təklif edilir.