...

Azərbaycan və Kamboca iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya yaradacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2014 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir E.Əliyev/

Azərbaycan və Kamboca Krallığı iqtisadiyyat, ticarət və investisiyalar sahəsində əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılması barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Krallığın ticarət naziri San Çanthol Bakıda keçirilən ikitərəfli biznes forumun yekunları üzrə bildirib.

Nazir deyib: "İki ölkə rəsmilərinin səfəri zamanı belə komissiyanın yaradılmasının zəruriliyi barədə qərar qəbul edilib. Bundan başqa, qarşılıqlı investisyaların təşviqi və müdafiəsi haqqında saziş layihəsinin hazırlanması başa çatır". O əlavə edib ki, iki ölkə həmçinin ikili vergitutmanın aradan qaldırılması haqqında da müqavilə hazırlamaq niyyətindədir.

Nazirin sözlərinə görə, Kamboca ən müxtəlif sahələrdə əməkdaşlıqda maraqlıdır: "İlk növbədə söhbət kənd təsərrüfatı və enerji sektorundan gedir. Ölkəmiz təxminən 9 milyon ton düyü istehsal edir və biz onu Azərbaycana ixrac etməyə hazırıq. Energetikaya gəldikdə, biz neft və qaz ehtiyatlarına malikik, lakin onları qiymətləndirmək, tədqiq etmək və işləmək lazım gəlir. Azərbaycan bu sahədə bizim üçün faydalı ola biləcək təcrübəsi və işləri ilə məşhurdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti