Azərbaycanda sığorta brokerlərinin peşə məsuliyyətinin məbləği müəyyən edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2014 20:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir E.Əliyev/

Azərbaycan Maliyyə Nazirliyi sığorta brokerlərinin peşə məsuliyyətinin sığortası üzrə məbləği müəyyən edib. Trend-in məlumatına görə, nazirliyin müvafiq qərarı Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində dərc edilib.

Qərara əsasən, sığorta brokerinin peşə məsuliyyətinin sığortası üzrə sığorta məbləği aşağıdakı kimi müəyyən edilir:

- fiziki şəxs olan sığorta brokerlərinin peşə məsuliyyətinin sığortası üzrə - 200 yüz min manat;

- hüquqi şəxs olan sığorta brokerlərinin peşə məsuliyyətinin sığortası üzrə - 1 milyon manat.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən 17 sığorta brokerindən 10-u fiziki şəxsdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti