...

Azərbaycanın sığorta şirkəti təkrar sığorta lisenziyası üçün müraciət etmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2014 14:31 (UTC +04:00)
"Beynəlxalq Sığorta Şirkəti" ASC təkrar sığorta lisenziyası üçün müraciət etmək niyyətindədir.
Azərbaycanın sığorta şirkəti təkrar sığorta lisenziyası üçün müraciət etmək niyyətindədir

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir E.Əliyev/

"Beynəlxalq Sığorta Şirkəti" ASC təkrar sığorta lisenziyası üçün müraciət etmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə axşamı yaydığı xəbərdə deyilir.

Məlumatda bildirilir: "Artıq bu həftə şirkət Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinə təkrar sığorta fəaliyyəti üçün lisenziya almaqla bağlı rəsmən müraciət etməyi planlaşdırır. Çünki şirkətin kapitallaşması və digər göstəriciləri lisenziyanın alınması üçün artıqlaması ilə kifayət edir".

Cari ildən Azərbaycanda sığorta və təkrar sığorta üzrə fəaliyyətlər tamamilə ayrılır və təkrar sığorta hüququnun saxlanması üçün sığorta şirkətlərinin əlavə xüsusi lisenziya almaları vacibdir.

Şirkətdən deyiblər: "Emissiya nəticəsində BSŞ-nin nizamnamə kapitalı mövcud 8,8 milyon manatdan 14,8 milyon manata qalxıb".

"Beynəlxalq sığorta şirkəti" ASC 2002-ci ildə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti