...

Xəzəryanı ölkələr regionun tranzit potensialının inkişafı məsələsini müzakirə edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2014 13:44 (UTC +04:00)
Beş dövlət rəhbərinin iştirakı ilə Xəzər sammitinə hazırlıq çərçivəsində bu gün Həştərxanda Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın nəqliyyat qurumları rəhbərlərinin görüşü baş tutacaq.
Xəzəryanı ölkələr regionun tranzit potensialının inkişafı məsələsini müzakirə edirlər

Azərbaycan, Bakı, 8 avqust /Trend/

Beş dövlət rəhbərinin iştirakı ilə Xəzər sammitinə hazırlıq çərçivəsində bu gün Həştərxanda Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın nəqliyyat qurumları rəhbərlərinin görüşü baş tutacaq.

Xəzər sammiti bu ilin sentyabr ayına planlaşdırılıb.

Trend xəbər verir ki, Rusiya Nəqliyyat Nazirliyinin verdiyi məlumata görə, nəqliyyat xidmətləri rəhbərlərinin görüşü nazir Maksim Sokolovun rəhbərliyi altında keçiriləcək. Görüşdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində iri nəqliyyat-logistik layihələrin reallaşdırılması üçün Xəzər regionunun inkişafı məsələlərinin müzakirəsi planlaşdırılır.

Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin sözlərinə görə, aktiv regional diplomatiyası, Xəzər istiqamətində artan ticarəti və zəngin tarixi təcrübəsi sayəsində Həştərxan Xəzəryanı ölkələrin nəqliyyat qurum rəhbərlərinin görüş yeri qismində seçilib.

Həştərxan vilayətinin Xəzəryanı ölkələrlə xarici ticarət dövriyyəsi son 10 ildə 6 dəfədən çox artaraq 755 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti