...

Yeni Changan CS75 modeli

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2014 09:59 (UTC +04:00)
Changan şirkəti 1862-ci ildə yaradılıb və 150 illik tarixə malikdir.
Yeni Changan CS75 modeli

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Changan şirkəti 1862-ci ildə yaradılıb və 150 illik tarixə malikdir. 1984-cü ildən şirkət minik və yük avtomobilləri, həmçinin digər məhsulların istehsalı ilə məşquldur. Hal-hazırda Changan 8 əsas baza, avtomobil və mühərrik istehsalı üçün 27 zavod və ildə 1,5 milyon avtomobil istehsalı gücünə malikdir.

Bundan başqa Changan Automobile Suzuki, Ford, Mazda və PSA kimi istehsalçıların strateji tərəfdaşıdır. Hazırda Changan Suzuki, Changan Ford, Changan Mazda, Changan Ford Mazda kimi müştərək şirkətlər yaradılıb və birgə olaraq mühərriklər, avtomobillərin digər hissələri həmçinin yeni texnologiyalar üzərində çalışırlar.

2014-cü ilin yanvar ayından avqust ayınadək satışların ümumi həcmi 1.675.700 maşın olmuşdur və bunlardan 495 800-ü təkcə minik avtomobilidir. Bu il şirkət 10 milyonuncu avtomobilin satışını qeyd edir və öz ölkəsində "Çinin birinci avtomobil markasına" fəxri adına layiq görülüb.

2013-cü ildə Frankfurt avtosalonunda orta həcmli krossover Changan CS75-in dünya təqdimatı baş tutdu. Elə ilk gündən yeni model həm mütəxəssislərinin həm də avtomobil həvəskarlarının böyük marağına səbəb oldu.

Oktyabrın 13-də Changan şirkəti CS75 modelinin Bakıda debütunu təşkil etdi. Bununla da şirkət Azərbaycanda olan model sırasını genişləndirdi. Bu hadisə həm də azərbaycan alıcılarının Çin brendləri ilə daha yaxından tanış olmasına səbəb oldu.

İstehsalçının digər modelləri kimi Changan CS75 müasir dizayna, yüksək təhlükəsizliyə, kifayət qədər geniş salona, rahat idarəolunma və komforta həmçinin güclü mühərrikə sahibdir ki, bu da Azərbaycan alıcısının bütün tələblərinə cavab verəcək. Artıq əminliklə söyləmək olar ki, Azərbaycanın SUV bazarına yeni ulduz əlavə olundu.

Qabaqcıl üslub

CS75 avtomobili müasir, təkrar olunmaz və dinamik üsluba malikdir. Kuzanın özünəməxsus xəttləri avtomobilin hər an irəli atılmağa hazır olduğuna dəlalət edir. Bununla yanaşı avtomobilin aerodinamik müqavimət əmsalı cəmi 0,369-dur. İncə xromlaşma və hər bir xırda detalın dəqiq işlənməsi avtomobil haqda unudulmaz təssuratlar yaradır.

Yüksəkeffektli təhlükəsizlik

Changan CS75 C-NCAP reytingində 5 ulduza layiq görülüb. Avtomobil elektron istiqamət dayanıqlığı sistemi, təkərlərdə təzyiqə nəzarət sistemi (TPMS), 6 ədəd park etmə radarı, vizual smart parkinq sistemi, sağ tərəfdən yolun görünməyən hissəsinə nəzarət sistemi, 6 ədəd təhlükəsizlik yastığı ilə təchiz edilib və sürücü həmçinin sərnişinlərin təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Bundan əlavə Changan CS75 qəza zamanı avtomobili asanlıqla tərk etməni təmin edən sistemə malikdir.

Geniş salon

Öz sinfində digər krossoverlərlə müqaisədə Changan CS75 ölçüləri baxımından böyük üstünlüyə malikdir və geniş salona qiymət verən alıcının tələblərinə uyğunduur.

.Uzunluğu 4650 мм

Eni 1850 мм

Hündürlüyü 1705 мм

Bundan əlavə CS75 böyük təkər bazasına malikdir (2700 mm). Arxa oturacaqlar qatlanan zaman yük yerinin uzunluğu 1,9 metrə çatır ki, burada iki böyük insan yan yana uzana bilər.

Rahat idarəolunma

CS75 ikiqat səs izolyasiyasına malikdir. Salonda səsin səviyyəsi 37 DB-dən aşağıdır. Avtomobil öz sinfində ən zəngin təchizata malikdir. Hətta baza komplektinə elektron parkinq sistemi EPB, sükanın elektrik gücləndiricisi EPS, dayanıqlığa nəzarət sistemi ESP, yolun görünməyən hissəsinin monitorinq sistemi və s. daxildir. Avtomoblin konstruksiyası ucaboylu sərnişinlərin belə rahat səyahətinə imkan verir.

Güclü mühərrik

CS75 şirkətin öz məhsulu olan 1.8 litrlik 177 at güclü Blue Core turbo mühərrikə malikdir. Maksimal güc 130 kVt / 5000-5500 dövr/dəq, maksimal fırlanma anı 230 Nm/ 5000 dövr/dəq. Avtomobil yapon istehsalı olan 6 pilləli AİSİN (Ayzen) transmissiyası ilə təchiz edilir. Çində keçirilən testlərin nəticəsi - yanacaq sərfi 8 litr/100 km.

Unikal dizayna, effektli təhlükəsizliyə, sürüş zamanı yüksək rahatlıq səviyyəsinə və əla yürüş keyfiyyətinə malik olan Changan CS75 1,8Т 6AT Elite komplektasiyasında Azərbaycanda 20900 manata təqdim olunur.

Kredit üçün ilk ödəniş 5220 manatdan başlayır.

Aylıq ödəniş 414 manatdan başlayır.

Kredit müddəti 1-5 il.

Zəmanət 3 il və ya 80 000 km.

Rəsmi diller

Changan markasının Azərbaycanda rəsmi dilleri "Sirena Motors" şirkətidir. Məhz "Sirena Motors"un salonlarından siz Changan avtomobillərini 10% ilkin ödənişlə əldə edə bilərsiz.

Ətraflı məlumat üçün1630 nömrəsinə zəng edin və ya www.sirenamotors.az saytına daxil olun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti