...

İstanbuldakı aeroportlardan birində sərnişinlərin qeydiyyatı sistemindəki nasazlıq aradan qaldırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2014 10:18 (UTC +04:00)
Oktyabrın 20-də səhər Türkiyənin Atatürk Hava Limanında sərnişinlərin qeydiyyatı və aviabiletlərin onlayn satışı sistemlərində texniki problem yaranıb.
İstanbuldakı aeroportlardan birində sərnişinlərin qeydiyyatı sistemindəki nasazlıq aradan qaldırılıb

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Oktyabrın 20-də səhər Türkiyənin Atatürk Hava Limanında sərnişinlərin qeydiyyatı və aviabiletlərin onlayn satışı sistemlərində texniki problem yaranıb. Trend xəbər verir ki, bu barədə bazar ertəsi "Kanal7" telekanalı məlumat yayıb.

Texniki problemlərlə əlaqədar bir sıra daxili və beynəlxalq reyslərin təxirə salındığı bildirilir.

Telekanalın məlumatına görə, sistemdə yaranmış problemləri yalnız iki saatdan sonra aradan qaldırmaq mümkün olub. Hazırda aeroportda sərnişinlərin qeydiyyatı ştat rejimində həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti