Azərbaycan, Bakı, 6 noyabr /Trend/
Bazarda "İz" bonus kartı məhsulu ilə məşhur olan "İzloyalty" şirkəti müştərilərinə yeni xidmət növünü təqdim etdi.
İndi bonusları toplamaq və xərcləmək, ev və ya ofisi tərk etmədən, mümkün oldu. Kommunal xidmətlərini, mobil telefon danışıqlarınızı və digər ödənişlərinizi bizimlə ödəyin və məbləğin bir hissəsi "İz" kartınızda bonus şəklində toplansın. Və, ən əsası, toplanmış bonuslarla belə ödənişlərinizi həyata keçirə bilərsiniz. Xidmətdən təkcə "İz" kart sahibləri yox, istənilən şəxs də yararlana bilər.
Ödənişləri həyata keçirtmək üçün, sadəcə www.izim.az rəsmi saytına daxil olub qeydiyyatdan keçmək kifayətdir. Şəxsi kabinetinizə daxil olmaqla, siz etdiyiniz bütün əməliyyatlara nəzarət edə bilərsiniz.
Bizdə ödəmək daha sərfəlidir! Əlavə məlumat üçün *4946 nömrəsinə zəng edin