...

Azərbaycan MDB-də islam maliyyə mərkəzi ola bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2014 14:40 (UTC +04:00)
Azərbaycanın MDB-nin islam maliyyələşməsi mərkəzi olmaq üçün bütün zəruri imkanları var.
Azərbaycan MDB-də islam maliyyə mərkəzi ola bilər

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanın MDB-nin islam maliyyələşməsi mərkəzi olmaq üçün bütün zəruri imkanları var. Trend-in məlumatına görə, bunu şənbə günü Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam bankçılığı departamentinin direktoru Bəhnam Qurbanzadə Bakıda keçirilən MDB iştirakçı ölkələrinin VII Bakı Beynəlxalq Bank Konfransında deyib.

Onun sözlərinə görə, MDB ölkələrində islam maliyyə mərkəzi yaratmaq lazımdır, belə ki, MDB-də mövcud məsələyə tələbat artır: "Bunun üçün MDB ölkələrinin potensialı böyükdür. MDB-nin potensialı dünyada iri islam maliyyələşməsi mərkəzləri olan Malayziya və Dubayın potensialı ilə müqayisədə çox da geri qalmayacaq".

C.Qurbanzadə qeyd edib ki, Dubay cəmi 10-12 il ərzində regionun iri islam maliyyələşməsi mərkəzi ola bilər: "Niyə də Azərbaycan MDB ərazisində belə bir mərkəz olmasın? Bunun üçün bizim bütün əsaslarımız və ilkin şərait var: coğrafi mövqe, tarix, iqtisadi və maliyyə inkişafı, sabitlik, beynəlxalq müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi".

Deparament direktoru əlavə edib ki, hazırda Azərbaycanda bütün regionun inkişafına təkan verə biləcək inkişaf gedir: "Azərbaycan artıq Cənubi Qafqazda liderə çevrilib. Ölkə regionda əsas layihələri idarə edir və bütün strateji tərəfdaşlarla fəal əməkdaşlıq edir".

Onun qənaətincə, islam bankçılığının inkişafı investisiyaların cəlb edilməsi mənbələrini şaxələndirməyə və bu bazarın yeni kapital bazarlarına çıxmasına imkan verəcək: "Bu, ilk növbədə, iqtisadi təhlükəsizliyi təmin etməyə imkan verəcək. Heç bir ölkə və ya institut bir maliyyə mənbəyinə bağlı olmayacaq. İslam maliyyələşməsi yeni bazarlarda vacib dəhlizlərdən biri ola bilər və MDB ölkələri bütün regionun iqtisadiyyatını inkişaf etdirməyə kömək edəcək yeni maliyyə vəsaiti axınını əldə edə biləcəklər".

B.Qurbanzadə vurğulayıb ki, region ölkələri MDB islam inkişaf bankının yaradılması üçün səylərini əlaqələndirməlidirlər: "Biz artıq iki ildir belə bankın yaradılması imkanını müzakirə edirik. Bu institut ərəb ölkələri, hazırda likvid vəsaitləri olan və real mənfəət qazandıran iqtisadiyyata investisiya yatırmağa hazır olan ölkələrlə əlaqələri inkişaf etdirə bilər. Biz dialoqa hazırıq. MDB ölkələrinin səylərini bir platformada birləşdirmək, işçi qrupu yaratmaq lazımdır və bunun nəticəsi göz qabağında olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti