...

"NBC Bank" nizamnamə kapitalını 11 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2014 20:18 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "NBC Bank" ASC-nin dəyəri 5 milyon manatdan çox olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"NBC Bank" nizamnamə kapitalını 11 faiz artırır

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir Azad Həsənli/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "NBC Bank" ASC-nin dəyəri 5 milyon manatdan çox olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Trend-in Bakı Fond Birjasına istinadən verdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 243,6 manat olan 20 535 səhm buraxılıb.

Səhmlərin yerləşdirilməsinin anderrayteri qismində "Texnika Kapital Menecment" MMC çıxış edir.

Emissiyanın yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 46,536 milyon manatdan 51,54 milyon manatadək çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti