...

TuranBankın aktivləri 292,3 mln. manat olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2014 11:30 (UTC +04:00)
2014-cü ilin dekabr ayının 1-nə TuranBankın aktivləri 2013-cü ilin analoji dövrü ilə müqayisədə 20,4%, ötən ilin sonu ilə müqayisədə isə 19,6% artaraq 292,3 mln. manat təşkil etmişdir. Hesabat tarixinə Bankın kredit portfeli 2013-cü ilin analoji dövrü ilə müqayisədə 22%, ötən ilin sonu ilə müqayisədə isə 25% artaraq 221,5 mln. manata çatmışdır.
TuranBankın aktivləri 292,3 mln. manat olub

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

2014-cü ilin dekabr ayının 1-nə TuranBankın aktivləri 2013-cü ilin analoji dövrü ilə müqayisədə 20,4%, ötən ilin sonu ilə müqayisədə isə 19,6% artaraq 292,3 mln. manat təşkil etmişdir. Hesabat tarixinə Bankın kredit portfeli 2013-cü ilin analoji dövrü ilə müqayisədə 22%, ötən ilin sonu ilə müqayisədə isə 25% artaraq 221,5 mln. manata çatmışdır.

Cari ilin noyabr ayının sonuna Bankın müştəri hesabları və depozit portfeli 134,1 mln. manat təşkil etmişdir. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 69,6 mln. manat olmuşdur. Bu göstərici 2013-cü ilin analoji dövrü ilə müqayisədə 20,2%, ötən ilin sonu ilə müqayisədə isə 13,4% artmışdır.
1 dekabr 2014-cü il tarixinə Bankın nizamnamə kapitalı 47 mln. manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artmışdır. Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin analoji dövrü ilə müqayisədə isə 23%, ötən ilin sonu ilə müqayisədə isə 17% artaraq 56,4 mln. manat təşkil etmişdir.

2014-cü ilin yanvar-noyabr ayı üzrə fəaliyyət nəticələrinə əsasən Bankın gəlirləri 30,203 mln. manat, xərcləri isə 23,240 mln. manat təşkil etmişdir. Hesabat dövrü ərzində Bankın balans mənfəəti (vergidən əvvəlki) 6,963 mln. manat olmuşdur.

Bank, müştərilərinə "Sirlər Xəzinəsi" adı altında yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir. Bankın "Pullarınız yerində saymasın" şüarı altında keçirilən yeni əmanət kampaniyası müştərilərin depozitlərini daha gəlirli edir. Cari ilin sonunacan davam edəcək aksiya zamanı Bankın "Sirlər Xəzinəsi" məhsulları içərisində ən gəlirli əmanət növü olan Xəzinə depozitinə yerləşdirilən vəsaitlər öz sahibinə illik 14,5% gəlir gətirəcək.

Bank, müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir. Bank, "Gözünüz aydın!" aksiyası çərçivəsində müştərilərinin gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə özünün "Kiçik Həcmli İstehlak", "Müəllim", "Səhiyyə", "Hərbçi" və "Təqaüdçü" kreditlərinin illik faizlərini endirmişdir. Adı çəkilən kredit məhsullarını illik 20%-dən başlamaqla zaminsiz Bankın istənilən filialında əldə etmək mümkündür.

Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə Bank, Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində potensial müştərilərinə Bankın kredit məhsullarını onlayn rejimdə hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaranmışdır. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini Bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər. Bankın müştəriləri, həmçinin MilliÖN (PayPoint) terminalları vasitəsilə də kredit borclarını ödəmək imkanına malikdirlər.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. Bankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Hazırda Bank, öz müştərilərinə Western Union, Contact, Zolotaya Karona, Privatmoney, Blizko, IBA-Express, Lider və Monex kimi geniş çeşidli təcili pul köçürmə sistemləri üzrə xidmət göstərir.
Bankın 15 xidmət nöqtəsi (onlardan 8-i regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad və Qazaxda olmaqla) və 17 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanBank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya Bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti