...

Azərbaycan iri əmanətlər üzrə dividendlərə vergi tətbiq etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2014 14:56 (UTC +04:00)
Azərbaycanda məbləği ildə 500 manatı ötəcək dividendlərə gəlir vergisi tətbiq edilib.
Azərbaycan iri əmanətlər üzrə dividendlərə vergi tətbiq etdi

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycanda məbləği ildə 500 manatı ötəcək dividendlərə gəlir vergisi tətbiq edilib.

Trend-in məlumatına görə, bu, Milli Məclisin çərşənbə axşamı keçirilən plenar iclasında təsdiq etdiyi "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsində nəzərdə tutulur.

Əvvəlki illərdən fərqli olaraq (ilk dəfə vergi güzəştləri 1999-cu ildə tətbiq edilib - red.) əmanətçilərə vergi güzəştlərinin tətbiqi mexanizmi təkmilləşdirilib. Əgər indiyədək moratorium üç il müddətinə qüvvədə idisə, yeni qanunda vaxt çərçivəsi aradan qaldırılıb. Lakin bu zaman vergi güzəştlərinin şamil ediləcəyi dividendlərin məbləğinə məhdudiyyətlər tətbiq olunub.

Ötən ilin sonunda tətbiq edilən vergi güzəştləri 2014-cü ilin sonunda başa çatır.

Dəyişikliklərə əsasən, vətəndaşın bir bankda 5 min manatadək əmanəti olarsa, o, (əmanətlər üzrə orta faiz dərəcəsinin 10 faiz olduğunu nəzərə almaqla) ildə 500 manatadək faiz gəliri əldə edəcək, müvafiq olaraq vergi ödəməkdən azad ediləcək. Ancaq əmanətin məbləği 5 min manatı ötürsə, o, vergidən azad edilməsi üçün əmanətlər üzrə vəsaitlərini bir neçə bankda bölüşdürməlidir.

Güzəştlərin bu cür təqdimetmə mexanizmi nəticəsində Azərbaycanın dövlət büdcəsinə ildə 5-6 milyon manat həcmində əlavə gəlirlər daxil olacaq.

Vergi Məcəlləsinə əsasən, Azərbaycanda əmanətlər üzrə dividendlərə ödəmə mənbəyindən 10 faiz dərəcəsi üzrə vergi tətbiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti