...

"PAŞA Həyat"dan bədbəxt hadisə üzrə 36 min manata yaxın sığorta ödənişi

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2015 17:36 (UTC +04:00)
“PAŞA Həyat Sığorta” şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.
"PAŞA Həyat"dan bədbəxt hadisə üzrə 36 min manata yaxın sığorta ödənişi

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Azərbaycanın ən iri həyat sığortaçısı olan "PAŞA Həyat Sığorta" şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən Trend-ə verilən məlumata görə, elektrik enerjisi sahəsində fəaliyyət göstərən şirkətlərin birində çalışan işçi iş zamanı bədbəxt hadisə nəticəsində həyatını itirib.

Zərərçəkmiş şəxsin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, həmçinin "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası" tətbiq edilməklə vəfat etmiş şəxsin ailəsinə 35,6 min manat həcmində sığorta ödənişi verilib.

"PAŞA Holding" şirkətlər qrupunun üzvü olan "PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 40,250 mln. manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti