...

“Bank Technique” elektron arayış sisteminə qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2015 11:57 (UTC +04:00)
“Bank Technique” elektron arayış sisteminə qoşulub.
“Bank Technique” elektron arayış sisteminə qoşulub

Azərbaycan, Bakı, 18 iyun /Trend/

"Bank Technique" elektron arayış sisteminə qoşulub.

Bankdan Trend-ə verilən məlumata görə, "Bank Technique" "Elektron Hökümət" (e-gov.az) portalı vasitəsilə elektron arayış sisteminə qoşulub. Bankla portalın operatoru, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən, vətəndaşlar bank xidmətlərindən istifadə etdikdə iş yerindən arayışları elektron qaydada təqdim edə bilərlər.

Elektron arayışların qəbulu Bankın bütün xidmət nöqtələrində həyata keçirilir. Yeni sistem istifadəçilərin vaxt qənaətinə və rahatlığına yönəlib. Vətəndaşlar istənilən yerdən internet vasitəsilə e-gov.az portalına daxil olaraq, avtomatik formalaşan arayışı elektron şəkildə banka göndərə bilərlər. Qeyd edək ki, e-arayışlar "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vasitəsilə formalaşdırılır. Elektron hökümət portalında xidmətlərdən yararlanmaq üçün elektron imza sertifikatı, ASAN imza və ya kod parollardan istifadə etməklə qeydiyyatdan keçmək olar. E-arayışları həmçinin bankın xidmət nöqtələrində də əldə etmək mümkündür.

Məlumat üçün:

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan "Bank Technique" Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən "Bank Technique" ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda "Bank Technique"in filial və şöbələri Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Zaqatala, Cəlilabad, Ağstafa və Lənkəranda müştərilərin xidmətindədir.
Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti