...

Azərbaycan-İran Dövlət Komissiyasının 10-cu iclasının Tehranda keçirilməsi təklif edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2015 17:05 (UTC +04:00)
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayini qəbul edib.
Azərbaycan-İran Dövlət Komissiyasının 10-cu iclasının Tehranda keçirilməsi təklif edilir

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayini qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ş.Mustafayev qonşu İranla Azərbaycan arasında əlaqələrin inkişaf etdiyini, avqust ayında Azərbaycan nümayəndə heyətinin İrana səfəri və keçirilən görüşlərin ölkələrimiz arasında əlaqələrin genişlənməsində əhəmiyyətli olacağını vurğulayıb.

M.Pakayin İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasından sonra ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşu sahəsində əməkdaşlıq məsələlərinin müzakirə edilməsini qeyd edib, alternativ enerji, dağ-mədən sənayesi, neft maşınqayırması, bankçılıq sahələrində də əməkdaşlıq imkanlarını vurğulayıb. Səfir Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti - 10-cu iclasının Tehranda keçirilməsini təklif edib.

Görüşdə iki ölkə arasındakı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri, bu ilin avqust ayında Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində müzakirə edilən məsələlərin icrasına, oktyabrda İran nümayəndə heyətinin Azərbaycana və bu ilin sonunda Azərbaycan nümayəndə heyətinin İrana nəzərdə tutulan səfərlərinə, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti