...

AXA MBASK ənənəvi sığorta agentliklərinin forumunu keçirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2015 10:21 (UTC +04:00)
AXA MBASK Sığorta Şirkəti Ayan Palace Hotelində (Tovuz) “Güclü və dayanılı agentlik” adlı Sığorta Agentliklərinin Beşinci İllik Forumunu keçirib.
AXA MBASK ənənəvi sığorta agentliklərinin forumunu keçirib (FOTO)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

AXA MBASK Sığorta Şirkəti Ayan Palace Hotelində (Tovuz) "Güclü və dayanılı agentlik" adlı Sığorta Agentliklərinin Beşinci İllik Forumunu keçirib. Şirkətdən Trend-ə verilən məlumata görə, üç gün davam edən Forumda AXA MBASK-la əməkdaşlıq edən sığorta agentliklərinin rəhbərləri və sığorta agentləri iştirak ediblər.

Forumda iştirakçılara xaricdən xüsusi dəvət olunmuş sığorta agentləri satışlarla bağlı geniş treninqlər keçiriblər. Eyni zamanda, keçən ilin nəticələri, Azərbaycanda agent satışlarının genişləndirilməsilə bağlı məsələlər, sığorta agentliklərinin inkişafına dair planlar və stratejilər, agent şəbəkəsi vasitəsilə könüllü və icbari sığorta növlərinin satışı və əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər və layihələr müzakirə olunub.

Rəsmi hissədən sonra Forum iştirakçıları onların şərəfinə təşkil olunmuş təntənəli axşam yeməyinə dəvət olundular, burada iştirakçılara xatirə mükafatları və hədiyyələr təqdim edildi.

Qeyd edək ki, AXA MBASK SŞ-nın keçirdikləri sığorta agentliklərinin forumları Azərbaycanda keçirilən ilk belə tədbirlərdəndir. Bu tədbirlər göstərdi ki, AXA MBASK sığorta şirkəti ve onun sığorta agentlikləri Azərbaycan bazarında dinamik inkişaf etməyə və sıgorta bazarının əvəzedilməz strateji partnyoru olmağa doğru irəliləməktədir.

Müştərilərlə sıx əlaqə quran və onlara konsaltinq xidmətləri göstərən agentlər onların müxtəlif sığorta məhsulları arasında düzgün seçim etməsinə köməklik göstərir, sığorta agentlikləri şəbəkəsinin inkişafı isə ümumilikdə Azərbaycanda sığorta bazarının inkişafına şərait yaradır.

Xatırladaq ki, sığorta bazarının liderlərindən biri olan AXA MBASK, SŞ 2010-cu ildən etibarən, şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.

Sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılmışdır.

Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində "İlin sığorta şirkəti" kimi səkkiz beynəlxalq və milli mükafatlara layiq görülməsinə gətirib çıxarmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti