Bakı. Azad Həsənli - Trend:
"PAŞA Həyat Sığorta" şirkəti "Günəşli" yatağındakı dəniz özülündə baş vermiş yanğın nəticəsində ölənlərin ailə üzvlərinin siyahısını hazırlayır. Onlar sığorta ödənişləri alacaqlar.
Bunu Trend-ə şirkətin mətbuat xidmətinin rəhbəri Elnur Hüseynquliyev deyib.
Onun sözlərinə görə, hazırda sığorta ödənişləri üçün hesablamalar aparılır: "Hesablamaların nəticələrinə sabah yekun vurulacaq. SOCAR-ın xəsarət alan işçilərinin siyahısı da dəqiqləşdirilir".