...

Cavid Qurbanov: "Şimal-Cənub" dəhlizi ilə enerji resursları da daşınacaq (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2015 22:11 (UTC +04:00)
"Şimal-Cənub" beynəlxalq dəmir yolu dəhlizi ilə neft və neft məhsulları da daşınacaq.
Cavid Qurbanov: "Şimal-Cənub" dəhlizi ilə enerji resursları da daşınacaq (ÖZƏL)

İran Tehran. Mehdi Sepəhvənd, Maksim Tsurkov - Trend:

"Şimal-Cənub" beynəlxalq dəmir yolu dəhlizi ilə neft və neft məhsulları da daşınacaq. Bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, İranın Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova, Çexiya, Slovakiya, Finlandiya və digər iri bazarlara dəmir yolu üzrə tədarük edilməli olan geniş məhsul çeşidi var.

C.Qurbanov bildirib ki, Avropanı İran və Hindistanla birləşdirəcək "Şimal-Cənub" dəhlizi ilə ildə 25 milyon tonadək, üstəlik, İranın Bəndər-Abbas limanından 8 milyon ton yük daşımaq mümkün olacaq: "Dəhlizlə daşınması planlaşdırılan yüklər sırasına neft, mazut və digər enerjidaşıyıcılar daxildir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti