...

"AzSığorta"nın Direktorlar Şurasına yeni sədr təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2016 09:33 (UTC +04:00)

Bakı. Trend:

"AzSığorta" ASC-nin Direktorlar Şurasının yeni sədri təyin edilib.

ASC-dən Trend-ə verilən məlumata görə, yanvarın 15-də səhmdarlar yığıncağının qərarına əsasən, "AzSığorta" ASC-nin Direktorlar Şurasının yeni sədri təyin edilib.

Bu vəzifəyə əvvəllər İdarə heyəti sədrinin birinci müavini vəzifəsini tutan Aleksandr Kananadze təyin olunub. Direktorlar Şurasına həmçinin Ziya Talıbov və Murad Əhmədov daxil olublar.

Aleksandr Kananadze Bauman adına Moskva dövlət texniki universitetini bitirib və maliyyə sahəsində MBA dərəcəsini alıb.

Sığorta sahəsində 15 illik təcrübəyə malikdir. "Allianz" və "Zurich" kimi dünyanın nəhəng sığorta şirkətlərində rəhbər vəzifələr tutub.

Aleksandr Kananadze "AzSığorta" komandasına 2014-ci ilin noyabr ayından etibarən qoşulub. Yeni vəzifəsinin icrasına isə cari ilin yanvarın 16-dan etibarən başlayıb.

Ondan öncə bu vəzifəni Şədiyə Amanova tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti