...

Maliyyə naziri: Azərbaycanın valyuta bazarında vəziyyət sabitləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2016 01:02 (UTC +04:00)
Azərbaycanın valyuta bazarında vəziyyət sabitləşib.
Maliyyə naziri: Azərbaycanın valyuta bazarında vəziyyət sabitləşib

Bakı. Trend:

Azərbaycanın valyuta bazarında vəziyyət sabitləşib. Trend-in məlumatına görə, bunu ölkənin maliyyə naziri Samir Şərifov AzTV telekanalının efirində deyib.

Nazir qeyd edib ki, yanvarın əvvəlində valyuta bazarında müşahidə olunan çaxnaşma aradan qaldırılıb və görülən tədbirlər nəticəsində vəziyyət sabitləşib: "Beləliklə, üzən məzənnəyə keçid olundu, manatın məzənnəsi aşağı düşür, ancaq istisna deyil ki, bir gün o bahalaşacaq. Bundan sonra tələbat təklifdən asılı olacaq".

Onun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar Azərbaycanın tədiyyə balansında müəyyən vəziyyət yaranıb: ölkəyə böyük valyuta axını olanda, tədiyyə balansı, demək olar ki, həmişə müsbət olub.

Nazir bildirib ki, ölkənin valyuta daxilolmaları azalıb, lakin idxal tələbatı, yəni valyutada həyata keçirilən ödənişlər, o qədər də azalmayıb: "Bu natarazlığı aradan qaldırmaq üçün, eyni zamanda, yerli istehsalın qorunması üçün manatın məzənnəsinin ucuzlaşması qaçılmaz idi. Və tədiyyə balansında bu natarazlıq, şübhəsiz ki, milli valyutanın ucuzlaşmasının səbəbidir".

Nazir qeyd edib ki, Azərbaycan Mərkəzi bankının valyuta ehtiyatlarının ciddi şəkildə azalması və Azərbaycan Dövlət Neft Fondunun aktivləri, cüzi olsa da, azalmasına baxmayaraq, Azərbaycanın valyuta ehtiyatlarının həcmi kifayət qədərdir.

Lakin nazirin fikrincə, bu normal prosesdir, çünki Neft Fondunun məqsədlərindən biri də, ölkəni çətin bir vaxtda dəstəkləməkdir: "Hazırki vəziyyətin tarazlaşdırılması və sabitləşməsi üçün Fondun vəsaitlərindən istifadə etmək lazımdır".

Nazir həmçinin hesab edir ki, bu gün Azərbaycanın xaricdən borclara ehtiyacı var, amma bu ehtiyac kəskin deyil: "BVF bizim xahişimizlə ölkədə iqtisadi sahədə bir sıra tədbirlərin görülməsi ilə bağlı müəyyən texniki komək ediləcək. Biz beynəlxalq ekspertlərlə məsləhətləşmələri faydalı hesab edirik. Məhz bu səbəbdən, AİB, BVF və DB-ın missiyaları Bakıdadır".

Şərifovun sözlərinə görə, ölkənin kreditlərin təcili surətdə cəlb edilməsinə ehtiyacı yoxdur: "Azərbaycan bu təşkilatların üzvüdür, və ehtiyac yaranan zaman onlardan kredit götürə bilər. Bu bizim haqqımızdır. Biz beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlığımızı davam etdirəcəyik, amma ehtiyac olduğu zaman kredit üçün müraciət də edə bilərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti