...

Maliyyə Nazirliyi: "Standard & Poor’s" Azərbaycanın investisiya səviyyəli reytinqini bərpa edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2016 16:29 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyi "Standard and Poor’s" agentliyinin dərc etdiyi reytinq hesabatında bir sıra qeyri-dəqiqlikləri qeyd edərək qiymətləndirmənin nəticələri ilə razılaşmadığını və bundan təəssüfləndiyini bəyan edir.
Maliyyə Nazirliyi: "Standard & Poor’s" Azərbaycanın investisiya səviyyəli reytinqini bərpa edəcək

Bakı. Trend:

29 yanvar 2016-cı il tarixində "Standard and Poor's" reytinq agentliyi Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqini bir pillə aşağı endirib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 31 iyul 2015-ci il tarixində agentlik tərəfindən Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqi investisiya "BBB-" səviyyəsində təsdiq edilib, proqnoz isə "mənfi" saxlanıb.

Agentliyin yaydığı son hesabatda reytinqin bir pillə endirilməsinə əsas səbəb kimi neftin ucuzlaşması, bunun ölkədəki iqtisadi artıma və makroiqtisadi sabitliyə təsiri göstərilir.

Azərbaycan Maliyyə Nazirliyi "Standard and Poor's" agentliyinin dərc etdiyi reytinq hesabatında bir sıra qeyri-dəqiqlikləri qeyd edərək qiymətləndirmənin nəticələri ilə razılaşmadığını və bundan təəssüfləndiyini bəyan edir.

Bununla yanaşı, Maliyyə Nazirliyi ümidvar olduğunu bildirir ki, neft və neft məhsullarının qiymətlərinin azalması fonunda dərhal ölkənin kredit reytinqini aşağı endirən "Standard and Poor's" agentliyi xammal məhsullarının qiymətlərinin artacağı təqdirdə də eyni operativliyi göstərərək ölkənin investisiya səviyyəli reytinqini bərpa edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti