...

“Günəşli” yatağındakı daha bir quyu əsaslı təmirdən sonra istismara verildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2016 11:09 (UTC +04:00)
Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 19 nömrəli dərin dəniz özülündə 37 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
“Günəşli” yatağındakı daha bir quyu əsaslı təmirdən sonra istismara verildi

Bakı. Trend:

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 19 nömrəli dərin dəniz özülündə 37 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, quyu məhsuldar qat çöküntülərinin Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2945-2941 metr intervaldan sutkalıq 85 ton neft və 11000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti