...

“Qərbi Abşeron” yatağında yeni quyu qazılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2016 12:22 (UTC +04:00)
“Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 25 nömrəli quyuda qazma işlərinə başlanılıb.
“Qərbi Abşeron” yatağında yeni quyu qazılır

Bakı. Trend:

"Qərbi Abşeron" yatağındakı 20 saylı stasionar dəniz özülündən 25 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, "Azneft" İstehsalat Birliyi "Abşeronneft" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə "SOCAR AQŞ" birgə müəssisəsi tərəfindən Qirməki Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 890 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 20 ton neft hasil olunacağı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti